Babasının yubileyinə qatılmadı, tənqid olundu - “Bir qıza görə ailəsini itirdi”

babasinin-yubileyine-qatilmadi-tenqid-olundu
Oxunma sayı: 986

Bekhemlər ailəsi modelyer Viktoriya Bekhemin atası Toni Adamsın 80 illik yubileyini qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, 52 yaşlı modelyer instaqram hesabında ailə yığıncağından şəkillər paylaşıb.

“Gözəl atamızın ad gününü qeyd etmək üçün belə bir heyrətamiz gecə. Bütün dostlarımıza və ailəmizə təşəkkür edirik! 80 illik yubileyin mübarək, səni çox sevirik!”, - Viktoriya paylaşımında yazıb.

Fotolarda Viktoriya, onun 51 yaşlı həyat yoldaşı, keçmiş futbolçu Devid Bekhem, cütlüyün övladları - Romeo, Kruz və Harper, eləcə də digər qohumlar yer alıb.

Onların böyük oğlu 27 yaşlı Bruklin Pelts-Bekhem isə gözlənildiyi kimi babasının yubileyində iştirak etməyib. Viktoriyanın izləyiciləri ailə şəkillərinə yazdıqları şərhlərdə də Bruklinin yoxluğuna diqqət çəkiblər.

“Onun həyatında yalnız bir qoca üçün yer var – o da qayınatasıdır”, “Bir qıza görə ailəsini itirdi”, “Həyatı boyu tənha...”, “Ümid edirəm ki, heç olmasa babasını telefonla təbrik edib. Əks halda, bu, dəhşətdir”, “O, vacib anları itirir, baba cavanlaşmır”, “Məgər babanın yubileyinə gəlmək olmazdı? Valideynlərlə ünsiyyət qurmaya da bilərdi. Növbəti yubileyin olacağına heç kim zəmanət verə bilməz”, “Bruklin - kiçik, küsülü oğlandır. Ünsiyyət üçün az vaxt qalıb”, - istifadəçilər qeyd ediblər.

Xatırladaq ki, bu ilin əvvəllərində Bruklin Pelts-Bekhem ailəsini ağır ittihamlarla hədəf almışdı. Belə ki, o, valideynlərini həyatını idarə etməkdə və 2022-ci ildə ailə həyatı qurduğu xanımı Nikola Peltslə münasibətlərini pozmağa çalışmaqda günahlandırmışdı.