Bacısına qan verməkdən qayıdırdı, qəzada öldü - Foto

bacisina-qan-vermekden-qayidirdi-qezada-oldu
Oxunma sayı: 7962

Biləsuvarda "Mersedes" markalı minik avtomobili ilə traktor toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü, Lerik rayonun Nuravud kənd sakini 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğlu ölüb, sərnişinləri isə ağır bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzada ölən sürücü xəstəxanada əməliyyat olunan bacısına qan verməkdən qayıdırmış.

Surxay Şahbazov