Bakı-Ağstafa-Bakı istiqamətdə əlavə qatar reysləri təyin edildi

baki-agstafa-baki-istiqametde-elave-qatar-reysleri-teyin-edildi
Oxunma sayı: 578

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 21-22 fevralda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.