Bakı hava limanında Yeni il müsabiqəsi

baki-hava-limaninda-yeni-il-musabiqesi
Oxunma sayı: 2031

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yola düşməzdən əvvəl komfortdan zövq almaq imkanı yaradacaq Yeni il müsabiqəsi elan edir.

“Qafqazinfo” xəbər verir ki, müsabiqədə 29 fevral 2024-cü il tarixinədək Bakı hava limanından səyahət etməyi planlaşdıran bütün sərnişinlər iştirak edə bilərlər.

Bunun üçün sərnişinlər hava limanının rəsmi Instagram səhifəsini www.instagram.com/bakuairport izləməli və müvafiq postun altında şərh yazaraq iştirakını təsdiqləməlidirlər. Müsabiqənin qalibləri Bakı hava limanının biznes zallarının unikal üstünlüklərindən, o cümlədən istirahət və iş üçün rahat şəraitdən, müxtəlif yemək, içki və digər xidmətlərdən yararlanmaq fürsəti əldə edəcəklər.

Müsabiqə haqqında ətraflı məlumatı hava limanının sosial şəbəkələrdəki rəsmi səhifələrindən, həmçinin bu linkdən əldə etmək mümkündür.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər kəsə xoş və komfortlu səyahət arzulayır!