Bakı kənd və qəsəbələri arasında futbol turnirində 1\4 final mərhələsi başa çatdı - Fotolar

baki-kend-ve-qesebeleri-arasinda-futbol-turnirinde-14-final-merhelesi-basa-catdi
Oxunma sayı: 1470

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında futbol turnirində 1\4 final mərhələsi başa çatıb.

 “Qafqazinfo” xəbər verir ki, 32 kənd və qəsəbənin uşaq futbol komandası arasında təşkil olunan turnir böyük marağa səbəb olub. Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. İlk mərhələdə 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Yeni Suraxanı Mərdəkan komandasına 4-0 hesabı ilə qalib gəlib. Əhmədli Binəyə uduzub 3-4. Ramana Mehdiabada uduzub 1-3. Sabunçu-Məmmədli görüşü 1-1 hesabı ilə başa çatıb. Penaltilərdə birincilər qələbə qazanıb və yarımfinala adlayıb.