Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.
Bu haqda “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.
Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər