“Zirə” bu gün oyuna çıxır

zire-bu-gun-oyuna-cixir
Oxunma sayı: 454

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olacaq.

Görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Payde” (Estoniya) – “Zirə” (Azərbaycan)

Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).