Bakı-Quba yolunda belə tıxac olmamışdı - Fotolar

baki-quba-yolunda-bele-tixac-olmamisdi
Oxunma sayı: 12039

Bu gün səhər saatlarından Qubaya gedən sürücülər çətinlik çəkib.

"Qafqazinfo" xəbər verir ki, Bakı, Sumqayıt və Abşeron sakinləri tətbiq olunacaq sərt karantin günləri ilə əlaqədar bu qaydanın keçərli olmadığı bölgəyə üz tutublar.

Buna görə də Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən Xızı rayonu ərazisinə qədər uzun tıxac yaranıb. 

Yolda qalan sürücülər "Qafqazinfo"ya bildirib: "Səhər çıxmışıq və Qubaya getmək istəyirik, hələ 6 saat tıxacda qalmışıq. Hələ 3 km yolu addım-addım sürərək keçməliyik. Sıxlığın uzunluğu 5 kmdən çox olub. Yolun əks istiqaməti boş olsa da, Bakıdan Qubaya gedən yol isə tamamilə bağlıdır. Yol polisi bir-bir sürücü və sərnişinləri yoxlayaraq buraxır. Kimin icazəsi var buraxılır, kimin yoxdur geri qaytarılır. İcazəsi olmayan da paytaxtı tərk etmək istəyir. Buna görə də böyük sıxlıq yaranıb. Nə geri qayıda, nə də irəli gedə bilirsən".

Emin Gülağaoğlu