Hacıqabul sakini itkin düşdü - Foto

haciqabul-sakini-itkin-dusdu
Oxunma sayı: 469

Hacıqabul rayonunda 51 yaşlı kişi itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Baxış Absalam oğlu Əsgərov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Boyu 160 sm, orta bədən quruluşlu B. Əsgərov evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildəki şəxsi tanıyanlardan və ya onun barəsində hər hansı məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.

Surxay Şahbazov