Baş prokuror Nizamidə vətəndaşları qəbul etdi - Fotolar

bas-prokuror-nizamide-vetendaslari-qebul-etdi
Oxunma sayı: 737

Aprelin 10-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nizami Rayon Prokurorluğunun inzibati binasında Nizami rayonundan olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, qəbulda iştirak edən 26 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.