“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin tikinti mərhələsində Ermənistanın üçüncü ölkələrdən tərəfdaşlara ehtiyacı olacaq”.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.
“Ümid edirik ki, yaxın vaxtlarda növbəti mərhələyə - tikinti prosesinə keçəcəyik. Bu mərhələdə bizə üçüncü ölkələrdən tərəfdaşlar lazım olacaq. Saziş ikitərəfli nəzərdə tutulub - Ermənistan və ABŞ arasında. Lakin tikinti prosesində, eləcə də ehtimal ki, sistemlərin idarə edilməsi mərhələsində daha geniş beynəlxalq iştirak tələb olunacaq”, - Mirzoyan ABŞ Dövlət Departamentinin İrəvanın layihənin icrası üçün Vaşinqton və üçüncü ölkələrlə işlədiyi barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə intensiv iş aparılır. Nazir hazırda işlərin dövlətlərarası sazişin razılaşdırılması mərhələsində olduğunu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər