Bakıda 37 yaşlı şəxs intihar etdi

bakida-37-yasli-sexs-intihar-etdi
Oxunma sayı: 1643

Bakı şəhəri Xəzər rayon sakini kimyəvi məhlul içərək intihar edib.

“Qafqazinfo” xəbər verir ki, 1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə zəhərli məhlul qəbul edib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.

Bildirilir ki, S.Dmitrakov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, bir neçə il əvvəl yerləşdirildiyi ixtisaslaşmış tibb müəssisəsindən qaçıbmış.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.