Bakıda 8 yaşlı məktəbli intihar etdi - Yenilənib

bakida-8-yasli-mektebli-intihar-etdi
Oxunma sayı: 7766

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri rus dilində oxuyun: В Баку 8-летний школьник покончил с собой

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbəri Elnur Hidayətoğlu “Qafqazinfo”ya bildirib ki, azyaşlı xəstəxanaya çatdırılanda artıq ölüb: “Ötən gün təxminən saat 16:00 radələrində 2 saylı təcili tibbi yardım maşını ilə 2014-cü il təvəllüdlü uşağın meyidi Kliniki Tibbi Mərkəzə gətirilib. Yəni təcili tibbi yardım maşınına baxış zamanı məlum olub ki, artıq uşağa hər hansı tibbi müdaxilə üçün zaman qalmayıb. Uşağa stranqlasion asfiksiya diaqnozu qoyulub. Bu boğulma deməkdir. Hadisə ilə bağlı dərhal akt tərtib olunub. İnzibati orqanların göndərişi gəldikdən sonra meyit məhkəmə tibbi ekspertizaya göndərilib”.

Nizam Rza

Lamiyə Məmmədova