İrana qarşı yeni bir əməliyyat ehtimalını müzakirə ediblər

irana-qarsi-yeni-bir-emeliyyat-ehtimalini-muzakire-edibler
Oxunma sayı: 348

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp hər iki ölkədə keçiriləcək seçkilərdən əvvəl İrana qarşı genişmiqyaslı yeni bir əməliyyatın başladılması ehtimalını müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Axios” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, söhbət keçən həftə baş tutub.

İsrail rəsmisinin sözlərinə görə, müzakirə zamanı Netanyahu Tehranın nüvə proqramını bərpa etmək istiqamətində addımlar atdığını göstərən İsrail kəşfiyyatı məlumatları ilə bağlı narahatlığını ifadə edib.