Bakıda ağır yol qəzasında yaralananların adları məlum oldu - Yenilənib

bakida-agir-yol-qezasinda-yaralananlarin-adlari-melum-oldu
Oxunma sayı: 12096

Bakıda ağır yol qəzası baş verib.

"Qafqazinfo" SalamNews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

Qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Bakıda Salyan şosesində baş verən ağır yol qəzasında xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralıların 3-ü də kişidir və bir nəfərin vəziyyəti ağırdır.

Xəsarət alanlar -1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğludur.

Yaralılardan Mahir Məmmədov ağır kəllə beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Onun öncədən qəza nəticəsində öldüyü haqda xəbər yayılsa da, xəsarət aldığı məlum olub.

***

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.
 
Bildirilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobilin toqquşması haqqında məlumat daxil olub.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.