Bakıda “Aquatic Palace Mini Water Polo Festival” keçirildi - Foto

bakida-aquatic-palace-mini-water-polo-festival-kecirildi
Oxunma sayı: 284

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında “Aquatic Palace Mini Water Polo Festival” yarışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, turnirdə ümumilikdə 10 komanda (4 böyük və 6 yeniyetmə) iştirak edib.

Yarış boyunca komandalar arasında maraqlı və rəqabətli qarşılaşmalar keçirilib, iştirakçılar yüksək əhval–ruhiyyə və əsl idman ruhu nümayiş etdiriblər.

Yarışın yekununda bütün iştirakçılar sertifikatlarla təltif olunub, qaliblərə isə medal və diplomlar təqdim edilib. Mükafatlandırma mərasimində ASF–nin baş katibi Oqtay Atayev, Su İdmanı Sarayının direktoru Əjdər Abbasov və su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qoran Sabliç iştirak ediblər.

Böyüklər arasında qalib komandalar:

I yer – “Eagles”
II yer – “Panthers”
III yer – “Wolves” 

Yeniyetmələr arasında qalib komandalar:

I yer – “Sharks”

II yer – “Sea Lions”
III yer – “Dolphins”

Qeyd olunub ki, “Aquatic Palace Mini Water Polo Festival” su polosuna marağın artırılması, bu idman növünün kütləviləşdirilməsi və oyunçular arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunub.

ASF tərəfindən su polosunun təbliği və inkişafı istiqamətində bu kimi tədbirlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.