Bakıda avtobus körpüyə çırpıldı, yaralılar var - Fotolar + Video

bakida-avtobus-korpuye-cirpildi-yaralilar-var
Oxunma sayı: 7144

Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib. “Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb.

Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətini ağır olduğu deyilir. Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub. Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.

Təcili Tibbi Yardımdan isə bildirilib ki, xəstələrin vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələ ki, məlumat verilməyib.

***

3 saylı şəhər klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər - Acalıyev Sevdiyar Habil oğlu, Zemfira Fərzəliyeva, Xuraman Zeynalova, Elza Hüseynova, Nuranə Verdiyeva, Fatimə İbrahimova, İlham Mansurov və Aytən Quliyeva xəsarət alıb. Onlardan 3 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.