Bakıda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

bakida-avtobus-qezaya-dusdu
Oxunma sayı: 6731

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - Böyükşor nəqliyyat qovşağı istiqamətində baş verib.

Belə ki, 145 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu Ecobus" markalı avtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.