Bakıda bayram namazı qılındı - Fotolar

bakida-bayram-namazi-qilindi
Oxunma sayı: 4667

Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər saatlarında bayram namazı qılınıb. 

Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində 9:00-da başlayan namaz QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

A. Paşazadə bayram münasibətilə bütün müsəlmanları təbrik edib, onlara əmin-amanlıq arzulayıb. QMİ sədri torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxuyub.

Namazda yüzlərlə insan iştirak edib.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Aprelin 10-11-i ölkəmizdə Ramazan bayramı qeyd edilir.

“Qafqazinfo”nun fotoqrafları Pərvin Zeynal və Xəyal Vəlizadənin məscidlərdə bayram namazından lentə aldıqları görüntüləri təqdim edirik: