Bakıda beton mikseri yolu zəbt etdi, hərəkət iflic oldu - Video

bakida-beton-mikseri-yolu-zebt-etdi-hereket-iflic-oldu
Oxunma sayı: 4082

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlığa səbəb olan tikinti işləri ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:

“Bakı küçələrini qeyri-pik saatlarda belə keçilməz edən səbəblərdən biri də aidiyyəti qurumlar ilə razılaşdırılmadan, heç bir qabaqlayıcı tədbir görülmədən aparılan tikinti işləridir.

Bir az əvvəl Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində aparılan tikinti işləri kimi. Yolun ortasında dayanan beton mikser avtomobili Ə.Ağaoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun hərəkət hissəsini tam zəbt edib.

Həmçinin oxuyun: Yolu bağlayıb beton tökən maşına görə kim məsuliyyət daşıyır?

Tikinti şirkətinin məsuliyyətsizliyi nəticəsində avtomobillər qoşa xəttin tələbini pozmağa məcbur qalır ki, bu da sonda hərəkətin kilitlənməsinə, yol nəqliyyat hadisələrinin baş vermə ehtimalının artmasına, sürücülərin lüzumsuz cərimələnməsinə səbəb olur”.