Bakıda bu yol 3 gün bağlı olacaq

bakida-bu-yol-3-gun-bagli-olacaq
Oxunma sayı: 6759

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.

“Qafqazinfo” Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar həmin ərazidə sabah saat 08:00-dan 21 aprel saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilib.