Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr yaralandı

bakida-evde-guclu-partlayis
Oxunma sayı: 4826

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəhər şosesi döngə 2-dəki mənzillərin birində qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza