Bakıda güclü külək əsir - Ehtiyatlı olun!

bakida-guclu-kulek-esir
Oxunma sayı: 3806

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlənin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir. 

“Qafqazinfo” xəbər verir ki, bunu  Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında isə 25-28 24 m/s-ə çatıb:

“Güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin, hündür ağacların altında dayanmaq məsləhət görülmür”.