Bakıda hərəkətdə olan avtobusun qapısı yola düşdü - Foto

bakida-hereketde-olan-avtobusun-qapisi-yola-dusdu
Oxunma sayı: 4403

Bakıda sərnişin avtobusu hərəkətdə olarkən qapısı qopub. Hadisə 50 saylı marşrut üzrə hərəkət edən avtobusda qeydə alınıb.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, avtobus sərnişinlərlə dolu halda gedərkən ön qapısı qoparaq yola düşüb. Sürücü hərəkəti dayandırıb və sərnişinlərin köməyi ilə qapı yerinə salınandan sonra marşrut avtobusu hərəkətinə davam edib.

Sosial şəbəkədə hadisəni əks etdirən foto paylaşılıb.