Bakıda küçədə itən azyaşlının valideynləri tapıldı - Yenilənib

bakida-kucede-iten-azyaslinin-valideynleri-tapildi
Oxunma sayı: 6937

Bu gün Bakı şəhər Nizami rayonu ərazisində azyaşlı oğlan uşağı tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə feysbukda məlumat verilib. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı Babək prospektindəki (Keşlə qəsəbəsi) 328 saylı məktəb yaxınlığında tapılıb.

Hazırda uşağın valideynləri və yaxınlarının tapılması istiqamətində iş aparılır.

***

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının valideynləri tapılıb və o, ailəsinə təhvil verilib.