Bakıda marşrut avtobusu DYP avtomobilinə çırpıldı - Foto

bakida-marsrut-avtobusu-dyp-avtomobiline-cirpildi
Oxunma sayı: 5333

Bakıda marşrut avtobusu ilə yol polisi avtomobili toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində baş verib.

60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla DYP-yə məxsus "BMW" markalı xidməti avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.