Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdi döyülüb.
“Qafqazinfo” xəbər verir ki, məktəblinin 7 yeniyetmə tərəfindən döyüldüyü iddia olunur.
Hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən hadisənin araşdırıldığı bildirilib.