Bakıda məşhur otel koronavirusla mübarizə üçün istifadəyə verildi

bakida-meshur-otel-koronavirusla-mubarize-ucun-istifadeye-verildi
Oxunma sayı: 12564

"Absheron Hotel Group" koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq "Bulvar Hotel"i mart ayının 24-dən etibarən müvəqqəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir. 
 
"Qafqazinfo" xəbər verir ki, oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri "Absheron Hotel Group" tərəfindən ödəniləcəkdir.