Bakıda metroda izdiham - Foto

bakida-metroda-izdiham
Oxunma sayı: 7006

Hazırda Bakının “28 May” metrostansiyasında izdiham yaranıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, izdihama səbəb ikinci eskalatorun sərnişinlərin istifadəsinə verilməməyidir.

Turniketdən keçib digər eskalatora getmək sərnişinlərin ən azı 5 dəqiqə vaxtını alır. Bu isə onların narazılığına səbəb olub.