Bakıda oyun zalında yanğın - Xəsarət alan var

bakida-oyun-zalinda-yangin
Oxunma sayı: 1485

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Xəbəri rus dilində oxuyun: В Шеки шестеро студентов отравились угарным газом

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.