Bakıda “Qoç ət” restoranında yanğın - Foto + Yenilənib

bakida-qoc-et-restoraninda-yangin
Oxunma sayı: 13529

Bakıda restoranda yanğın başlayıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyi  “Qoç ət” restoranında baş verən yanğınla bağlı məlumat yayıb.

Həmçinin oxuyun: “Onu öldürəndən sonra 18 “butılka” pivə içdim” - Mərhumun qızıllarını satıb paltar aldı

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

“Qoç ət” restoranı baş verən hadisə ilə bağlı açıqlama verib.

Restorandan "Qafqazinfo"ya bildirilib ki, restoranda yanğın olmayıb:

“Binanın çölündəki hava borusunda tüstülənmə olub. Tüstü əvvəlcə bir az çox olub, sonra azalıb. Məlumat yayılıb ki, guya üç nəfər zəhərlənib. Zəhərlənmə qətiyyən olmayıb. Həmin üç nəfər əməkdaşımız tibbi müayinə olunandan sonra yenidən işə qayıdıblar. Sadəcə, hər ehtimala qarşı müayinə etdirdik. Heç bir narahatlıq yoxdur”.