Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi - Foto+Yenilənib

bakida-restoranda-toy-etmek-isteyenler-polis-bolmesine-getirildi
Oxunma sayı: 7500

Bakıda restoranların birində toy mərasimi keçirməyə cəhd olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı rayonunda yerləşən “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.

Toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.

Hazırda bölmədə xüsusi karantin rejimi qaydalalarını pozaraq toy mərasimi keçirməyə cəhd edənlər, təşkilatçılar, iştirakçılar və restoranın rəhbərliyi barədə qanunauyğun olaraq tədbir görülür.

***

Xüsusi karantin rejimi qaydalarını pozaraq toy etmək istəyənlərin şəxsiyyəti məlum olub. Belə ki, saxlanılanlar mərasim zalının icarədarı - paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxsdir. Onlardan B.Babayev oğluna toy təşkil etmək istəyib. 

Murad Əhməd