Bakıda yanğın oldu, general hadisə yerinə getdi - Yenilənib

bakida-yangin-oldu-general-hadise-yerine-getdi
Oxunma sayı: 9045

Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın başlayıb.

FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Xidmət rəisi general-mayor Hikmət Abbasov hadisə yerindədir.

Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. 

Yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.