Bu gün səhər saatlarında Binəqədi rayonunda yük maşını aşıb.
"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Dairəvi yolun Biləcəriyə düşən hissəsində "Azpetrol"a məxsus benzin daşıyan avtomobil aşıb. Xoşbəxtlikdən yük maşını evlərin üstünə deyil, sürüşərək yola düşüb.
Hadisə yerindən görüntüləri təqdim edirik.
***
“Azpetrol”un mətbuat katibi Camal Zeynalov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, aşan avtomobil onların şirkətinə məxsus deyil.