Bakıda Zəfər yürüşündən yeni - Fotolar + Video

bakida-zefer-yurusunden-yeni
Oxunma sayı: 11708

Bakıda 8 Noyabr- Zəfər Günü münasibətilə təşkil edilən yürüşə start verilib.   

“Qafqazinfo” xəbər verir ki, tədbirin Hərbi Qənimətlər Parkında yekunlaşacağı gözlənilir. 

***

Azneft meydanından başlanan yürüşdə hərbi orkestrin müşayiəti ilə irəliləyən hərbçilərlə yanaşı, əllərində Türkiyə və Azərbaycan bayraqları olan vətəndaşlar da iştirak edir.

***

Yürüş zamanı hərbçilərimizin qürurla daşıdığı Azərbaycan bayrağının uzunluğu 440 metrdir. 

***

“Azneft” meydanından başlanan zəfər yürüşü Hərbi Qənimətlər Parkının yaxınlığında başa çatıb. Yürüşün sonunda “Ağ şəhər” bulvarında “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmob keçirilib. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.

Gülnar Əliyeva

Fotolar: Müzəffər İsmayılov

Video: Pərvin Zeynal