Bakıda zəncirvari qəza - Ölən və yaralananlar var - Yenilənib

bakida-zencirvari-qeza
Oxunma sayı: 2010

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin - Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 11:00 radələrində Xəzər rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub, 4 nəfər müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1993-cü il və 1979-cu il təvəllüdlü hər iki şəxsə qapalı kəllə-beyin travması, 1979-cu il təvəllüdlü şəxsə bol-oma nayihəsinin qapalı travması, 1966-cı il təvəllüdlü şəxsə isə bel-omanın əziyi diaqnozları ilə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.