Bakıdan Lənkərana yürüş başladı... - Fotolar

bakidan-lenkerana-yurus-basladi
Oxunma sayı: 8855

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkil etdiyi sürətli idman avtomobillərinin yürüşü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Lənkəran marşrutu üzrə keçirilən yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Yürüşdə Avtomobil Federasiyasında bu tədbir üçün qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edir.

Hüseyn Məmmədsalahov

Foto: Xəyal Vəlizadə