Bakının daha bir ərazisində söküntüyə başlanılır - Video

bakinin-daha-bir-erazisinde-sokuntuye-baslanilir
Oxunma sayı: 4419

Bakının Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib.

“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamışüzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir.

Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək.

Xəbəri rus dilində oxuyun: Партия Пашиняна обсуждает вопрос вывода пограничников РФ

Qeyd edək ki, NZS qəsəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.

Daha ətraflı videomaterialda: