“Bakının dərhal etirafını müsbət qiymətləndiririk” - Rusiya XİN

bakinin-derhal-etirafini-musbet-qiymetlendiririk
Oxunma sayı: 9477

Azərbaycan XİN-in faciəvi insidentlə bağlı bəyanatı ilə əlaqədar Bakının dərhal etiraf etməsi faktını müsbət qiymətləndiririk.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib. 

Azərbaycan tərəfinin bu insidentin operativ araşdırılmasının aparılacağına və təqsirkarların cəzalandırılacağına dair bizə verdiyi vədləri də qeyd edirik.