Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Qafqazinfo”ya Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.