Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı sosial media hesabında məlumat yayıb.
C. Bayramov Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladığını bildirib.
Görüş 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.