Bakıya ZARA gəlir

bakiya-zara-gelir-
Oxunma sayı: 1481

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı bu gün ZARA-nın aid olduğu dünyanın ən böyük pərakəndə dəb şirkətlərindən olan İnditex-in region üzrə nümayəndələri mətbuat konfransı keçiriblər. Şirkətin Mərkəzi Asiya, Qafqaz və Səudiyyə Ərəbistanı üzrə direktoru Yassine Sibari deyib ki, İnditex dünyanın 80-ə yaxın ölkəsində 5000-dən artıq mağazaya sahibdir: “ZARA Bakı isə sayca 78-ci mağazamız olacaq. Bu mağaza tamamilə yeni, beşinci nəsil dizayn konsepti ilə dizayn olunub. Malların çeşidi, ehtiyatı, qiymətləri və xidmət eynilə Avropa mağazalarında olduğu kimidir və brendin baş ofisi tərəfindən tənzimlənəcək. ZARA Bakı mağazası qadınlar, uşaqlar və kişilər üçün geyim və aksesuarlar təqdim edəcək. Qarşıdakı beş il ərzində ZARA-nın Bakıdakı mağazalarının sayını 5-ə çatdırmağı düşünürük”.

Y. Sibari ZARA brendinin yaranma tarixindən də söz açaraq deyib ki, 1975-ci ildə İspaniyanın Qalisiya bölgəsində açılan ZARA dünyanın ən məhsuldar pərakəndə dəb şirkətlərindən birinə çevrilib: “Brend bazarda keyfiyyətli, yüksək səviyyəli və sərfəli qiymətli mallara olan tələbatı ödəyi bildi. ZARA Amancio Ortega və Rosalia Mera tərərfindən yaradılıb. Hər il ZARA 11000 geyim istehsal edir. 2010-cu ildən Avropa, Asiya və ABŞ-da brendin on-line alış-verişinə başlanılıb”.

Qeyd edək ki, ZARA-nın Azərbaycanda eksklüziv distribyutoru Retail Group Azərbaycan şirkətidir.

Nigar Məmmədli