Balans artırarkən yaranan problemlə bağlı “Azəriqaz”dan - Açıqlama

balans-artirarken-yaranan-problemle-bagli-azeriqazdan
Oxunma sayı: 6892

"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi zamanı yaşanan problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, açıqlamada deyilir: 

“"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Həmin terminallarda proqram dəyişikliyi olub. Yenilənmə olmuş aparatlarda bu ödənişi həyata keçirmək mümkün deyil.  Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub. Bu cavabı aldıq ki, hələlik metrolarda olan aparatlarda yenilənmə olmadığından karta pul yükləmə yalnız orada mümkün ola bilər. Bu isə müvəqqəti problemdir”.

Həmçinin oxuyun: “Toydan sonra bildim ki, Rəşadın pis vərdişləri var” - Kürəkənini öldürən vəzifəli şəxs