Balıq tutarkən çayda boğulan yeniyetmənin meyiti tapıldı

baliq-tutarken-cayda-bogulan-yeniyetmenin-meyiti-tapildi
Oxunma sayı: 1878

Araz çayında bir nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Araz çayının İmişli rayonunun Göbəktala kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, yeniyetmə Süleyman Cahangirli balıq tutarkən çayda boğulub.

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı