“Bank BTB”nin nizamnamə kapitalı 5 milyon manat artırıldı

bank-btbnin-nizamname-kapitali-5-milyon-manat-artirildi
Oxunma sayı: 1455

“Bank BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 66 milyon 450 min manatdan 71 milyon 450 min manata yüksəlib.

Kapital artımı hər birinin nominal dəyəri 1000 manat, ümumi məbləği 5 milyon manat olan 5000 ədəd adi səhmlərin emissiyasının tam olaraq yerləşdirilməsi hesabına baş tutmuşdur.

Qeyd edək ki, “Bank BTB” ASC 2010-cu ildə təsis edilmişdir və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filial və 1 şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən müştərilərə təqdim edir.

Universal xidmətlər göstərən “Bank BTB”nin təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.