“Bank BTB”nin xalis əməliyyat mənfəəti 7,4 dəfə artıb

bank-btbnin-xalis-emeliyyat-menfeeti-74-defe-artib
Oxunma sayı: 1081

“Bank BTB” 2024-cü ilin ilk rübü ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olub.

2023-cü ilin 1-ci rübü ilə müqayisədə bankın faiz gəlirləri 5,3 % artaraq 2024-cü ilin 1-ci rübünün sonuna 7,6 milyon manata, xalis faiz gəlirləri isə 9,3 % artaraq 2,9 milyon manata yüksəlib. Bankın xalis əməliyyat mənfəəti 7,4 dəfə artaraq 908 min manat, xalis mənfəəti isə 70 % artaraq 1,5 milyon manata çatıb.

“Bank BTB”nin kredit portfeli rüb ərzində 2 % artaraq 285 milyon manata çatıb. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan “Bank BTB” 2024-cü ilin ilk rübü ərzində İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 51 müştəriyə 4,2 milyon manat həcmində, Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 41 müştəriyə 2,4 milyon manat həcmində kreditlər rəsmiləşdirilib.

2024-cü ilin 1-ci rübünün sonuna Bankın məcmu kapitalı 52 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10 %) əhəmiyyətli dərəcədə üstələyir. Rüb ərzində “Bank BTB” nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırıb.

Bankın ani likvidlik əmsalı isə 111,24 % təşkil edir (Mərkəzi Bankın minimum tələbi – 30 %).

“Bank BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan feysbuk (www.facebook.com/bankbtb) və instaqram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 votsap (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və “www.btb.az” rəsmi saytı müştərilərin xidmətindədir.