Bank kartlarından pul oğurlayırdı - Qubada saxlanıldı

bank-kartlarindan-pul-ogurlayirdi
Oxunma sayı: 2860

Respublika ərazisində vətəndaşlara məxsus bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədov saxlanılıb.

O,  tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində Bakı şəhərində və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Qeyd edək ki, A.Səmədov əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.