UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinala vəsiqə qazanan daha iki komandanın adı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, gərgin keçən qarşılaşmalarda Paris təmsilçisi və Madrid klubu rəqiblərini mübarizədən kənarlaşdırıblar.
Turun mərkəzi oyunlarından biri Liverpulda baş tutub. “Mersisaydlılar” doğma meydanda PSJ-ni qəbul edib. Görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər iki qolu Usman Dembele (72, 90+2) vurub. İlk oyunda da qalib gələn PSJ ümumi hesabda 4:0 üstünlüklə yarımfinala yüksəlib.
Gecənin digər qarşılaşmasında isə İspaniya klublarının dueli reallaşdırıb. Burada isə “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul edib. Görüş Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatsa da, bu nəticə onlara yarımfinal üçün kifayət etməyib. Belə ki, “Barselona”nın heyətində Lamin Yamal (4) və Ferran Torres (24) fərqlənsələr də, “Atletiko”nun yeganə qolunu vuran Ademola Lukman (31) komandasının ümumi hesabda üstünlüyünü qoruyub. İlk oyunun nəticəsi də daxil olmaqla, ümumi hesabda 3:2 hesabı ilə qalib gələn Madrid təmsilçisi adını yarımfinala yazdırıb.
Beləliklə, PSJ və “Atletiko Madrid” qitənin ən nüfuzlu klub turnirində yarımfinala vəsiqə qazanaraq, mübarizəni davam etdirmək şansı qazanıblar.
Son xəbərlər
Son Xəbərlər