Baş Prokurorluq Abşeronda konfrans keçirəcək

bas-prokurorluq-abseronda-konfrans-kecirecek
Oxunma sayı: 1235

Dekabrın 22-də Baş Prokurorluq Abşeronda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumları və təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Abşeron rayon prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir, Göyçay və Astarada regional konfranslar keçirib.