Başı, əlləri, ayaqları kəsilmiş meyit tapıldı - Bakıda dəhşətli hadisə

basi-elleri-ayaqlari-kesilmis-meyit-tapildi
Oxunma sayı: 6072

Bu gün Bakının Hövsan qəsəbəsində Aerasiya Stansiyasının mexaniki təmizləmə sahəsində tullantıların arasından Azərsu ASC-nin əməkdaşları tərəfindən 35-40 yaşlı kişiyə məxsus meyit aşkarlanıb.

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, meyitin başının, əllərinin və ayaqlarının kəsici alətlə kəsildiyi məlum olub. Əraziyə baxış keçirilərkən oradan kəsilmiş bədən üzvlərindən başqa hissəni tapmaq mümkün olmayıb.
 
Bildirilir ki, meyit bu gün saat 07 radələrində tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
 
Qətlə yetirilən şəxsin kimliyi, hadisənin səbəbi araşdırılır.
 
Qeyd edək ki, ilkin müayinə zamanı qətl hadisəsinin təxminən 2-3 gün əvvəl törədildiyi müəyyən edilib.

***

Bu gün Azərsunun Hövsan Aerasiya Stansiyasında tullantı sularının içindən tapılan insan bədəninin kimə məxsus olmasını müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.

Lent.az xəbər verir ki, tullantı sularının təmizlənməsi sahəsində suyun içindəki əşyaların xaric edilməsi zamanı aşkar edilən başı, qolları və ayaqları kəsilmiş insan bədəni artıq morqa yerləşdirilib. Səhər saatlarında tullantı sularının cəmləşdiyi quyudan meyiti çıxaran "Azərsu" ASC-nin əməkdaşı ilə sahə rəisi faktla bağlı izahat verib.
 
Artıq polis idarə və bölmələrinə hadisə ilə bağlı məlumat verilib və axtarışlara başlanılıb.